Oktyabrın 22-də cəbhə xəttində həlak olan əsgər Cabbar Firuddin oğlu Zeynalov doğulduğu Saatlı rayonunda bu gün dəfn olunub. Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidə ehtiram əlaməti olaraq kənd qadınları pambıq yığımına çıxmaqdan imtina edib.
Kasıb, zəhmətkeş ailənin övladı olan Cabbar Zeynalov 1999-cu ildə Saatlının Heydərabad kəndində doğulub. 18 yaşlı gənc bu ilin aprelində hərbi xidmətə çağırılıb. Tərtərdə xidmət edib. Atası traktorçu, anası evdar qadındır. O, ailənin tək oğlu olub. Ondan başqa iki bacısı var. Kənd sakinlərindən birinin dediyinə görə, qohumları tək oğlunu əsgərlikdən saxlatdırmağını istəsələr də, Cabbarın atası Firuddin kişi razı olmayıb, – “qoy xidmətini çəksin” – deyib…
Oxunub: 224