Bu gecə Bakıdan Şirvana qatarla aparılan iki məhbus Biləcəri stansiyasında qaçıb. Polis hazırda qaçan məhbusların axtarışı ilə məşğuldur.
Hüquq- mühafizə orqanlarındakı mənbələr narkotik vasitələrin satışı ilə məşğul olmaqda ittiham olunan Etibar Məmmədovun və adam öldürməkdə ittiham olunan Əli Ağaminin qaçdığını təsdiq edib.
Bununla yanaşı, hüquq- mühafizə orqanları hadisə ilə bağlı hələ rəsmi məlumat yaymayıblar.
Oxunub: 394