Rusiya Milli Qvardiyasının baş leytenantı Çeçenistandakı hərbi hissədə 4 xidmət yoldaşını güllələyərək öldürüb.
Xəbərdə deyilir ki, “atəş açan hərbçi ləğv edilib”.
Hadisı barədə rəsmi açıqlamada bildirilir ki, “ilkin məlumata görə Çeçenistan Respublikasındakı Şelkovskaya kəndində yerli vaxtla saat 16-da Rusiya Milli Qvardiyasının Şimali Qafqaz hərbi dairəsinin hərbi hissələrindən birində qvardiyanın baş leytenantı 4 xidmət yoldaşını ölümcül güllələyib. Hərbi hissənin qışlasında atəş açan hərbçi növbətçi bölmənin döyüşçüləri tərəfindən ləğv edilib”.
Oxunub: 158