“The Telegraph” yazır ki, Britaniyanın Norfolkdakı həbsxanasında məhbuslara yemək sifariş etmələri üçün noutbuklardan istifadəyə icazə verilib.
Məqalədə dedyilir ki, Wayland həbsxanasında məhbuslar noutbuklardan istifadə etməklə həm də həbsxana mağazasından istədikləri malları gətirdə bilirlər.
Məhbuslara habelə ailə üzvləri və yaxınları ilə əlaqə saxlaya bilmələri üçün mobil telefon rabitəsi də verilib.
Məqalədə deyilir ki, ömürlük həbs cəzası çəkən 100 nəfər də daxil minədək məhbusu olan Norfolk həbsxanası “rəqəmsallaşdırma layihəsində” iştirak edir.
Yeganə fərqli məqam budur ki, bütün bunlar hələlik yalnız həbsxananaın öz divarları arasında işləyən şəbəkədə mümkün olur. Başqa sözlərlə kompüterlər geniş mənada internetə çıxış vermir.
Həbsxanada 2013-cü ildən bəri hər kameranın öz telefonu quraşdırılıb. Burada da müəyyən məhdudiyyət mövcuddur. Onlardan iş günlərində istifadəyə icazə verilmir.
Britaniyanın baş həbsxanalar idarəsi bildirir ki, daxili telefonların və noutbukların olması məhbuslara administrasiya sisteminə daha yaxşı giriş verir.
Gələcəkdə həbsxanaların vəkillərlə görüş hissəsindən videozənglərin edilməsinə icazə veriləcəyi də gözlənilir.
Bununla yanaşı həbsxanalarda tədris proqramlarının yaxşılaşdırıması məqsədilə texnologiyaların daha geniş tətbiqi təklif olunur.
Bu ilin əvvəllərində hökumət bildirmişdi ki, bəzi məhbuslara videofon texnologiyası vasitəsilə “virtual görüş” imkanı veriləcək.
Müfəttişlər Norfolkda yerləşən bu həbsxanada məhbusların ümumi əhval-ruhiyyəsinin yüksək olduğunu söyləyirlər.
Buna baxmayaraq, həbsxanada narkotik maddələrin “qaçaqmalçılığı” dava edir. Kameralarda aparılan axtarış zamanı çox sayda əldəqayırma alkoqollu içkilər və mobil telefonlar tapılıb.
Oxunub: 288