Doktorantura və magistr pilləsində təhsilalanlarla bağlı problem ondan ibarətdir ki, bu gün ali təhsil müəssisələrində elmi kadrların hazırlığı dövlət hesabına deyil, ali məktəblərin öz vəsaiti hesabına həyata keçirilir.
Bunu təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, belə yanaşma son illərdə müşahidə edilən bəzi mənfi hallara zəmin yaradır və dövlət siyasətinin prioritetlərini tam şəkildə əks etdirmir: “Tədqiqat fəaliyyətinin təşkili işinə gəldikdə isə bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir. Belə ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz xüsusi çəkiyə malikdir” .
Azadliq.info
Oxunub: 174