Büdcə layihəsi ilə bağlı müzakirələr davam edir. İqtisadçılar müxtəlif sahələrə ayrılan vəsaitlərlə bağlı düşüncələrini bölüşür, ayrılan məbləğin nə dərəcədə ədalətli olub-olmadığını araşdırırlar. Belə bölgülərdən biri gələn il keçiriləsi prezident seçkisinə bağlıdır. Büdcə layihəsi zərfində Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinin keçirilməsinə ayrılacaq vəsaitin məbləği məlum olub. Layihədə seçkilərin keçirilməsi üçün 55 136 429 manat vəsait nəzərdə tutulub.
Xatırladaq ki, 2013-cü il prezident seçkisi “ən bahalı seçki” olmuşdu, o vaxt onun keçirilməsinə 42,5 milyon manat vəsait ayrılmışdı. Gələnilki seçkiyəsə büdcə layihəsində 2013-cü ildəkində 13 milyon manat artıq vəsait ayırmaq istəyirlər. 2008-ci il prezident seçkisində bu məbləğ 21,7 milyon manat olmuşdu.
azadliq.info
Oxunub: 194