Vergilər nazirinin müavini Sahib Ələkbərov yeni vəzifəyə təyinat alıb. Belə ki, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib. Azərbaycan Güləş Federasiyasının rəhbərliyində aparılan kadr dəyişikliyi ilə bağlı Federasiyanın prezidenti Fazil Məmmədovun əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
Namiq Əliyev də Vergilər nazirinin müavinlərindən olub. İxtisasca hüquqşünas olan N.Əliyev uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. O, 2004-cü ildən Vergilər nazirinin müavini postunu tutur. Onun Güləş Federasiyasında I vitse-prezident postundan uzaqlaşdırılmasının səbəbləri açıqlanmır.
azadliq.info
Oxunub: 722