Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov azadlığa buraxılıb. Bu haqda Qaradağ Rayon Məhkəməsində qərar çıxarılıb.
Səlifovun vəkilləri onun cəzasının dörddə üçünü çəkməsini əsas gətirərək, vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Məhkəmə müraciəti təmin edib.
Qeyd edək ki, Nadir Səlifov uzun illərdir həbsdədir. O, Qobustan həbsxanasında olduğu halda, yenidən barəsində cinayət işi başlanıb və 2004-cü ildə yenidən mühakimə olunub.
Qeyd edək ki, iki gün öncə qəsdən adam öldürmədə təqsirləndirilən iki dustaq Lənkəran Ağır Cinayətlər məhkəməsindən gətirilərkən yolda qatardan qaçıb. Onları “Lotu Quli”yə yaxın avtoritetlər olduğu bildirilir.
azadliq.info
Oxunub: 1058