Bu gün gömrük dərəcələrində pillələrin aşağı salınması məsələsinə baxılır.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, hazırda mövcud olan beşpilləli sistem aradan qaldırılacaq:
“Təbii ki, son qərarı hökumət verəcək. Həmçinin, yerli istehsal üçün tələb olunan xammalın idxal rüsumlarının azaldılması məsələsinə də baxılacaq. Ölkədə analoqu istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırılması normal haldır. Biz bununla daxili istehsalı qorumağa çalışırıq”.
Daxili bazarı qorumaq tələbatı bəzən obyektiv amillərə əsaslanır. Bu iqtisadiyyatın, o cümlədən sənayenin yaxşı inkişaf səviyyəsində olduğu ölkələrdə müəyyən hallarda zərurətə çevrilir.
Azərbaycanda məhsulların heç də keyfiyyətli olmadığı şəraitdə daxili bazarı qorumaq iqtisadiyyatın əsas sektorlarını əllərində cəmləşdirmiş oliqarların xeyrinədir. Əhali isə bu siyasət nəticəsində xarici keyfiyyətli analoqlar olmadığından aşağı keyfiyyətli mallar almağa məcbur olacaq.
Oxunub: 372