Bərdə rayonunda “Müsəlman Birliyi” Hərəkatının fəalı Elşən Abbasov saxlanılıb. Ona qarşı CM-in 234 (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 228-ci (qanunsuz silah saxlamaq) maddələri ilə ittiham irəli sürülüb.
Polisin bildirdiyinə görə, E.Abbasovdan 1,9 qr. heroin götürülüb, onun avtomobilindən isə “Naqan” tapançası, qumbara və bıçaq tapılıb.
Fəalın doğmaları ittihamların saxta olduğunu bildiriblər və E.Abbasovun “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadəni dəstəklədiyi üçün təqib olunduğunu deyiblər. T.Bağırzadə və onun bir qrup tərəfdarı “Nardaran işi” ilə bağlı uzun müddətə azadlıqdan məhrum edilib.
E.Abbasov bundan əvvəl 2011-ci il mayın 6-da dindarların Təhsil Nazirliyinin önündə məktəblərdə hicaba qadağanın aradan qaldırılması tələbilə keçirdikləri mitinqdə iştiraka görə ictimai asayişin pozulması ittihamı ilə 2 il azadlıqdan məhrum edilmişdi.
Oxunub: 250