Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə Milli Şuranın 28 oktyabrda keçirəcəyi mitinqlə bağlı müraciət edib. Müraciətdə deyilir:
Əziz bacı və qardaşlarım!
Bugünlərdə Məhərrəmlik ayındayıq. O ayda ki, məhz bu günlərdə Həzrəti Hüseyn bizə zalıma qarşı çıxıb, şəhid olmaq yolunu qoyub gedib.
Bu yolun davamçıları bizlərik. Unutmamalıyıq, dünyada elə bir zalım yoxdur ki, o xalqın haqq savaşına qarşı getsin və qalib gələ bilsin…
Bu gün Müsəlman Birliyi Hərəkatı ölkəmizdə baş verənlərə laqeyd qalmayanların birliyidir və hakimiyyət bu üzdən bizi həbs edib zindanlara salmaqla birliyimizi pozmağa çalışır.
Bizi həbs etdilər, amma yenə bu zalımların gözü doymur. İndi də iki dindar qardaşımızı – Əhsən Nuruzadə və Elşən Abbasovu şərləyib həbs ediblər. İndi mən sizlərdən soruşuram, ey mənim uca xalqım, onlar bizdən qorxmasaydılar, bu qədər hiylə və məkrə əl atardılarmı? Əlbəttə ki, yox. O üzdən öz damarlarınızdakı qanda hərəkət edən gücü həbs etməyin və zalıma qarşı dirənin! 28 oktyabr mitinqi bu dirənişin bir parçasıdır və sizləri Allah və haqq xatirinə öz hüquqlarınıza sahib çıxmağa çağırıram!
Haqqa dayanın ki, Haqq olan Allah da sizinlə olsun!
Tale Bağırzadə, Qobustan həbsxanası.
Oxunub: 694