Kataloniya regional parlamenti İspaniyadan müstəqil olmağın lehinə səs verib.
Buna cavab olaraq, İspaniya Senatı böhran zamanı hökümətə “bütün lazımı tədbirlərin görülməsinə” imkan yaradan İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiqinin lehinə səs verib.
Bu maddə Madridə Kataloniya liderlərini qovmaq və regionun maliyyə, polis və ictimai mediasını nəzarət altına keçirməyə icazə verir.
Kataloniya parlamentində müxalifətçi deputatlar səsverməni boykot etsə də, bu addım 70-10 səs fərqi ilə qəbul edilib.
Bundan sonra parlamentdə Kataloniya marşı oxunub.
135 nəfərlik parlamentdə gizli keçirilən səsvermədə 70 nəfər müstəqilliyin lehinə, 10 nəfər əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb.
Səsvermənin gizli keçirilməsinin səbəblərindən biri İspaniyanın müstəqilliyin lehinə səsverənləri həbs etməkdən qorumaqdır.
Səsvermədən sonra müstəqilliyi dəstəkləyənlər qərarı qeyd etmək üçün Barcelona küçələrinə axışıb.
Səsvermənin İspaniyanın Ali Məhkəməsi tərəfindən qanunsuz elan ediləcəyi gözlənilir.
Müstəqillik qərarından sonra İspaniyanın Baş naziri Mariano Rajoy bütün ispanları “təmkinli olmağa” çağırıb.
Baş nazir ispanlara Kataloniyada “qanunun bərpa olunacağına” söz verib.
İspaniya hökuməti bu regionu birbaşa qayda ilə idarə etmək qərarına gəlmişdi. Cənab Mariano Rajoy deyib ki, Kataloniyada “hüquq, demokratiya və sabitliyin” qayıtması üçün senatorların birbaşa idarəsi lazımdır.
Böhran, bu ayın əvvəlində kataloniyalıların qanunsuz referendumda müstəqilliyi dəstəkləməsindən sonra yaranıb.
Oxunub: 376