Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatmaq üzrədir
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunur.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə zərərçəkmişlərin vurulmuş mənəvi zərərin tutulması barədə mülki iddiaları təmin edilməyib.
Cinayət işi üzrə 16 nəfər mənəvi zərərçəkmiş şəxs qismində tanınıb.
Təqsirləndirilən şəxslərdən A.Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 654