45 yaşlı mütəxəssis “Qarabağ”ın da baş məşqçisi postunda qalır
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan yığmasında eyni posta gətirilib. Noyabrın 3-də AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar verilib.
Bakı Olimpiya Stadionunda keçirilən toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla yanaşı, Qurban Qurbanov özü də iştirak edib.
45 yaşlı Qurban Qurbanov Azərbaycan yığması ilə yanaşı “Qarabağ”ın baş məşqçisi kimi də fəaliyyətini davam etdirəcək. O, 9 ildir ki, “Qarabağ”da bu postdadır.
Qeyd edək ki, Qurban Qurbanovdan öncə Azərbaycan yığmasının baş məşqçisi xorvatiyalı Robert Prosineçki idi. Bir müddət öncə onun müqaviləsi başa çatıb.
Azadliq.info
Oxunub: 442