“Noyabrın 2-də jurnalıst Elçın Ismayıllının barəsındə olan Şəki Ağır Cınayətlər Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli hökmündən verdyimiz apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin hakimi Elçin Hüseynovun sədrliyi ilə baxıldı”. Bunu Facebook statusunda vəkil Elçin Sadıqov yazıb:
“Şəki Ağır Cinayətlər Məhkəməsinin protokolu saxtalaşdırıldığından protokola qeyd vermişdik. Həmin qeydlərə baxılması üçün işin apelyasiya baxışından çıxarılaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmsəini xahiş etdik. Şəki Apelyasiya Məhkəməsi vəsatətimizi təmin etmədi və işi məhkəmə baxışına təyin etdi. Məhkəmə bildirdi ki, Şəki Ağır Cinayətlər Məhkəməsi protokola baxmaq üçün cinayət işini tələb etsə, göndərəcəklər.
Şəki Apelyasiya Məhkəməsi apelyasiya şikayətinə baxış iclasını qismən məhkəmə istintaqi aparılmaqla 14 noyabr 2017-ci il saat 14:30-a təyin etdi”.
Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.
E.İsmayıllı ittiham üzrə özünü təqsirli bilməyib. Saxlanılarkən üzərində olan 1000 manatı tanığı Azər Abbasovdan borc aldığını deyib.
Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Bu il sentyabrın 18-də hakim Rəşid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E.İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib.
azadliq.info
Oxunub: 118