Noyabrın 4-də səhər saatlarında “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 14 nömrəli platformasında qazmaçı köməkçisi işləyən Rasim Əliyev dünyasını dəyişib. Bu haqda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
SOCAR-ın məlumatında ölümün hansı şəraitdə baş verdiyi bildirilməsə də, “Azadliq.info”ya daxil olan xəbərdən aydın olur ki, əsas səbəb rəhbərliyin məsuliyyətsizliyi, adamların köhnə avadanlıqlarla, standartlara cavab verməyən şərtlər altında işləməyə məcbur edilməsidir.
59 yaşlı Rasim Əliyev platformada yol gedərkən ayağının altındakı dəmir pilləkən çürük olduğu üçün uçub. Nəticədə o, suya düşüb. R.Əliyev iki saat suda qaldıqdan sonra çıxarılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, SOCAR-ın tabeliyində olan idarələrin təmir-tikintisi, avadanlıqların alınması adı altında hər il milyonlarla vəsait ayrılır. Amma göründüyü kimi, vəziyyət dəyişmir.
Azadliq.info
Oxunub: 200