2018-ci ildə əhalinin gəlirləri 55 milyard 389,9 milyon manat, xərcləri 46 milyard 966,1 milyon manat olacağı gözlənilir. 2019-cu ildə gəlirlərin xərcləri 19,8% üstələyəcəyi və gəlirlərin 58 milyard 812,3 milyon manat, xərclərin 49 milyard 100,5 milyon manat olacağı proqnozlaşdırılır.
Bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci ilə və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bildirilir.
Növbəti ildə Azərbaycanda orta aylıq əmək haqqının 2017-ci illə müqayisədə real ifadədə 0,5% artaraq 549,7 manat olacağı proqnozlaşdırılır. Daha sonrakı 3 ildə isə ardıcıl olaraq, 2019-cu ildə 562,6 manat, 2020-ci ildə 575 manat və 2021-ci ildə 585,5 manat olacağı nəzərdə tutulur.
Oxunub: 426