AXCP sədri Əli Kərimli deputatların mandatdan məhrum edilməsi səlahiyyətinin MSK-ya verilməsi təşəbbüsünü fb səhifəsində qiymətləndirib:
“İlham Əliyev artıq özünün təyin etdiyi deputatlara da inanmır, bir gün onların da hakimiyyətə qarşı çıxacağını gözləyir. MSK-ya deputatları mandatdan məhrum etmək səlahiyyəti vermәyin başqa mənası yoxdur. Gülünc bəhanələrlə deputatı mandatdan məhrum etmək səlahiyyəti bir müddət əvvəl Milli Məclisin özünə verilmişdi. Amma yenə də ürəkləri sakitləşməyib, qorxublar ki, bunların ayaqları büdrəsə, Milli Məclisdə çoxları rejimdən aralanmağın bir yolunu tapar.”
Oxunub: 910