Demoqrafik statistikaya görə, Azərbaycanda əhali arasında 65 və daha yaşlı insanların xüsusi çəkisi tədricən artır.
Bu açıqlamanı AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov verib.
Əhalinin qocalması probleminin ölkəmizdə də özünü göstərdiyini söyləyən akademik bildirib ki, həyat keyfiyyətinin yaxşılaşdırılmasına, aktiv uzunömürlülüyə yönəlmiş, o cümlədən müasir texnologiyaların istifadəsi ilə yaşla bağlı xəstəliklərin profilaktikası və müalicəsini özünə daxil edən müvafiq dövlət proqramlarının işlənib hazırlanması zəruridir.
Oxunub: 492

































