Qlobal bazarda “Brent” markalı neftin orta illik qiyməti 2018-ci ildə 55 dollar/barelə kimi geriləyəcək.
Bu proqnoz “Oxford Economics” araşdırma şirkətinin analitikləri tərəfindən verilib.
Şirkətin analitiklərinin fikrincə, 2018-ci ildə qlobal neft hasilatının artması və neft ehtiyatlarının yüksəlməsi fonunda qiymətlər tədricən azalacaq. Baza ssenarisinə əsasən, “Brent” markalı neftin qiymətinin kəskin artaraq 64 dollar/barelə çatmasından sonra qiymətlərin enməsi ehtimal edilir.
Oxunub: 30