2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 526,4 min nəfər olmuş, onlardan 877,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
2017-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514,0 min nəfər olmuş, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Beləliklə, bu ilin 9 ayı ərzində dövlət sektorunda işləyənlərin sayı 12,3 min nəfər azalıb.
Oxunub: 426