“Azad söz” adlı qrup bu günlərdə “Dağıdıcılar” rubrikası ilə layihə həyata keçirməyə başlayıb.
BBC Rusiya xidməti layihənin müəlliflərindən biri İlya Zaslavski ilә layihәnin nəticələrini əsaslandırmasını və detallarını öyrənmək üçün müsahibә alıb.
İlya Zaslavski bildirib ki, biz bəzi insanların tərcümeyi-hallarının əsas aspektlərini işıqlandırmaq istəyirik. Xüsusilə 2000-ci illərdə baş verən hadisələr – Putin, Әliyev dövründə olanlar.
1. Post-sovet ölkələrində və Qərb auditoriyası arasında maarifləndirməni artırmaq və kleptokratların öz ölkələrindəki fəaliyyətlərinin xarakteri və miqyası haqqında, o cümlədən onların Qərbdəki hesabları və korrupsiya fəaliyyətləri haqqında geniş müzakirələr başlatmaq.
2. Mövcud olduqları (yarandıqları) ölkələrdə kleptokratik sistemlərin ləğvinə və onların Qərbdə mənfi təsirlərini aradan qaldırmağa yönəlmiş siyasi qərarların və digər tədbirlərin dəstəklənməsini gücləndirmək.
Bu kimi qərar və fəaliyyətlərdə ümumi razılığa nail olmaq üçün, biz rusdilli və qlobal ekspertlər icmasından yeni simaları bir araya gətirmək və keçmiş Sovet İttifaqı, Avropa və ABŞ ölkələrində məsul vətəndaşların etibar edə biləcəyi fəallar və şərhçilər şəbəkəsi yaratmaq istəyirik.
Biz bilirik ki, Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus və digər keçmiş sovet diktaturalarının müxalifəti bir istiqamətə yönəlib-kleptokratiyanın ölkələrindən ixracı Qərbdə, keyfiyyətcə yeni səviyyədə məhdudlaşdırılmalıdır.
azadliq.info
Oxunub: 902