İqtisadçı Nemət Əliyev sovet dövründə olduğu kimi “pripiska”(statistik rəqəmlərin şişirdilməsi) praktikasına qayıdışı ifşa edən faktları Facebook səhifəsində bölüşüb:
Ət məhsullarının qiymətləri 26,8% bahalaşıbsa, mal ətinin idxalı 88,9 faiz, quş əti və onun əlavə məhsullarının idxalı 3,9 faiz çoxalıbsa, ölkə daxilində ət istehsalı mütləq azalmalıydı.
Çünki kəskin bahalaşma əhalinin alıcılıq qabiliyyətini pisləşdirməklə təlabatın səviyyəsini aşağı salır. Təlabat azlıbsa, üstəlik də idxalda artım əmələ gəlibsə, ət istehsalı arta bilməz. Nəinki arta bilməz, hətta aşağı düşməlidir. Satışın zəiflədiyi bir şəraitdə fermerin, sahibkarın heyvanı kəsib ətini anbarlara doldurması ağılsızlıq olardı. Belə bir işə qol qoymaz fermer. Amma Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi qol qoyub kağız üzərində: “bu ilin yanvar-oktyabr dövründə ət istehsalı 3,4% artıb”.
Belə pripiskalarla sadəlövh adamları aldatmaq olar, amma kənd təsərrüfatını irəli çəkmək əsla mümkün deyil.
Oxunub: 246