2017-ci il daşınmaz əmlak bazarı üçün qeyri-dinamik il kimi xarakterizə oluna bilər.
Bunu daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərin görə, cari ildə bazara müraciət edənlərin, alqı-satqı əməliyyatlarının sayında azalmalar müşahidə edilib.
“Bu il bütövlükdə daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsini müşahidə etdik. İlin sonlarına doğru – son iki ay ərzində daşınmaz əmlakın alqı- satqısında nisbi canlanma qeydə alındı, qiymətlərdə 2-3 faiz artım oldu. Amma bunu bütün ilə şamil etmək olmaz.
R. Osmanlı bildirib ki, il ərzində qeyri- yaşayış sahələrinin qiymətinin aşağı salınması ilə yanaşı, mənzillərin boşaldığı və təklifin artdığı diqqət çəkib. Eksperin fikrincə, 2017-ci ili daşınmaz əmlakın satışı baxımından qənaətbəxş hesab etmək olar: “Ötən il qeydə alınmış göstəricilərlə müqayisədə bu il ərzində qiymətlərin 11,5 faiz azalması müşahidə olunub. Sözsüz ki, şəhərin mərkəzi hissələrində qiymətlər daha çox azalıb. Qiymət azalması daha çox köhnə tikililərdə qeydə alınıb. Bölgə üzrə isə qiymətlər 20 faizə qədər ucuzlaşıb. Hesab edin ki, ötən ilin sonunda bazara təklif olunan 100 minlik mənzil hazırda 80-85 min manat arasında satılır”.
Oxunub: 550