Ötən il baş tutan Azərbaycan Grand Prisinin açılışında bundan əvvəl təqdim olunan rəsmi rəqəmlərdən 25 000 az tamaşaçının iştirak etdiyi ortaya çıxıb.
İlk Azərbaycan Qrand Prisi 2016-cı ilin iyun ayında paytaxt Bakı şəhərinin küçələrində baş tutub və qalibi Mercedes sürücüsü Nico Rosberg olub. O, 2016-cı il F1 çempionluğunu da əldə edib.
Tamaşaçı sayı açıqlanmasa da, cari ilin iyul ayında Bakı Şəhər Halqası təşkilatçıları bildiriblər ki, Qrand Priyə ümumi olaraq 71 541 tamaşaçı qatılıb və bu da “2016-cı il yarışındakı bilet satışında 30 faiz artım deməkdir.”
Aydındır ki, 71 541 nəfər həm yarış izləyənlərin, həm də Mariah Carey-nin də çıxış etdiyi üç günlük konsertə gələn tamaşaçıların sayının cəmindən ibarətdir.
Məlumatlara görə, yarışı izləyənlərin sayı maksimum 29 100 nəfər olub. Belə ki, 30 000 bilet satılıb.
Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarayın sözlərinə əsasən, yarış günləri “tribunaların doluluq faizi 95-97 faiz təşkil edib”.
2017-ci ildəki 71 541 tamaşaçı sayının əvvəlki ildən 30 faiz artıq olmsı 2016-cı ildə həm yarış, həm də ki, konsertlərdə 55 032 tamaşaçının olduğunu ehtimal etməmizə imkan verir.
Amma F1 özü bu yaxınlarda yarışı cəmi 30 000 tamaşaçının izlədiyini iddia edib. Hesabatında F1, bu ilki 20 yarışı ümumilikdə 4 071 400 tamaşaçının izlədiyini bildirib və bu, 2016-cı ilin göstəricisindən 8 faiz artıqdır.
Eləcə də göstərilib ki, Azərbaycan Grand Prisini izləyənlərin sayının ötən il 30 000-dən bu il 71 451-ə 58 faiz artımı, başqa heç bir ölkədə müşahidə olunmayıb.
Bu isə təşkilatçıların tamaşaçı iştirakını 2017-ci il üçün 71 451 nəfər kimi 30 faiz artıq göstərməsi iddiası ilə yanaşı, Bakı Şəhər Halqasının dediyi iştirakçı sayı ilə də üst-üstə düşmür. F1 məlumatın yarış təşkilatçıları tərəfindən gəldiyini desə də, ziddiyyət ortadadır.
“Bizim təşəbbüskarlardan əldə etdiyimiz məlumat belədir,” F1 sözçüsü deyib. Bakı Şəhər Halqası isə şərh suallara şərh verməkdən imtina edib.
F1 hesablamalarının ən utandırıcı yanı isə 30 000-dən 71 451-ə qalxan sayın göstərildiyi kimi 58 faiz yox, 138 olmasıdır. Bu, Bakı Şəhər Halqasının irəli sürdüyü 30 faiz tamaşaçı artımından da çoxdur.
Eyni səhvə Avstriya Qrand Prisi üçün tədqim olunan tamaşaçı sayında da rast gəlinib. Belə ki, F1 85 000-dən 145 000-ə qalxan sayı 41 faiz artım göstəricisi kimi qələmə versə də, əslində bu 71 faiz artım təşkil edir.
Belə halda, F1-nın tamaşaçı sayının 3 743 153-dən 4 071 400-ə qədər artması ilə bağlı məlumatının dəqiqliyi haqqında suallar baş qaldırır. Bu, F1-nın göstəridiyi kimi 8 faiz yox, 8.8 faiz artımdır. F1 sözçüsü “faiz hesablamasında sistematik səhvə yol verildiyini” etiraf edib.
Bununla belə, Bakı Şəhər Halqası tərəfindən təqdim olunan 30 000 tamaşaçı sayının dəqiqliyi barədə şübhə yoxdur, çünki bu, hesablama nəticəsində əldə edilən bir rəqəm deyil.
Bu, F1 ilə Azərbaycan Qrand Prisi təşkilatçıları arasında yaşanan ilk toqquşma deyil. Mart ayında F1-in sahibi Liberty Media-nın baş icraçı direktoru Greg Maffei, Azərbaycanı yarış təqvimində öz yerini pulla almaqda ittiham edib.
Liberty Media F1-i yanvar ayında 8 milyard dollara alıb, lakin Azərbaycan ilə olan müqavilə, milyarder Bernie Ecclestone-un rəhbərlik etdiyi keçmiş müdiriyyət tərəfindən imzalanıb.
Maffei iddia edib ki, Ecclestone-un yeni yarışlar üçün atdığı imzaların arxasında bunlar dayanır: “Daha nə qədər qazana bilərəm? İlkin ödəniş nə qədərdir? Və beləliklə, Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər. İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir. Buna görə də nümunəvi olmaq bizim borcumuzdur.”
Qrand Pri Azərbaycanın illik ev sahibliyi haqqı 36 milyon dollar kimi hesablanır və bu Ecclestone-un tətbiq etdiyi strategiyadan qaynaqlanır.
Təqvimdə maksimum 25 yer var və Ecclestone xüsusilə inkişaf edən bazarların hakimiyyətlərini cəlb edərək bu tender müharibəsini qızışdırıb.
Qrand Pri vasitəsilə təşkilatçılar F1-ə ev sahibliyi edən ölkələri F1-in azı 390 milyon izləyicisinə reklam edərək bu ölkələrə turizmi artırmağa köklənirlər.
Bu, Monakodan tutmuş 2018-ci il sezonunun başlayacağı Melbourne-a qədər inkişaf etmiş ölkələrin də idman xəritəsində iştirakına səbəb olur.
F1-in inkişaf etməkdə olan bazarlara gəlməsi yeni izləyiciləri cəlb etsə də, tənqidçilər bunun ənənəvi F1 yarış halqalarının hesabına baş verdiyini iddia edirlər.
Gələn ilin F1 sezonu onillikdə ilk dəfədir ki, yarışlar Fransa və Almaniya da baş tutacaq.
Bakının F1 ilə müqaviləsi 10 illikdir və 5 ildən sonra yarışdan çıxmaq hüququ tanıyır. Fevral ayında Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov bildirmişdi ki, yarış öz bəhrəsini verir, belə ki, “2016-cı ilin birinci yarısında Azərbaycana 20 dəfə çox turist baş çəkib.”
Bu isə Maffei-i qane etmir.
“İşimiz, yaxşı pul ödəyən partnyor tapmaqla yanaşı, həm də onların bizim məhsulu inkişaf etdirmək üçün köməyindən ibarətdir. Buna görə də nümunəvi olmaq bizim borcumuzdur. Bəzi yarışlar ən maraqlılar arasındadır: Əbu-Dabi, Sinqapur gecə yarışı, Mexiko Şəhəri. Həmin yarışlarda yaxşı gedən şey nədir? Biz bunları daha az uğur qazanan şəhərlərin yarış təşəbbüskarları ilə bölüşməliyik.
“Hər şey doğrudur. Kömək etmək bizim vəzifəmizdir, amma yarış üçün yeni bir şəhər seçildikdən sonra eşidəcəyimiz ilk ifadə budur: ‘Biz həddindən artıq çox pul ödəyirik’ Səs-küy anlaşılandır və biz söz-söhbətləri yatızdırmaq və onlara kömək etmək üçün çalışırıq.”
Qeyd: Christian Sylt Formula 1 üzrə ixtisaslaşmış idman müxbiridir.
Oxunub: 298