Cahangir Hacıyev və Elnur Seyidova qarşı qadağalar davam edir
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində məhbuslarla vəkillərin görüşündəki problem davam edir. Bu barədə azadlıq.info-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib. “Bu günlərdə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan müvəkkillərimlə görüşə getdim. Yenə heç bir əsas olmadan görüşə şərait yaradılmadı. Artıq ötən ilin sentyabrından bu hal təkrarlanır. Mən və digər həmkarım Aqil Layicova hüquqlarını müdafiə etdiyimiz Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə əlaqə yaratmağa imkan verilmir. Bu vəziyyət həmin cəzaçəkmə müəssisindəki digər müvəkkillərimin hüquqlarını da pozur. Bu müddət ərzində orada saxnalıan, hüquqlarını müdafiə etdiyim Elnur Seyidovla (AXCP sədri Əli Kərimlinin qaynı) görüşümə də imkan verilməyib”,-deyə vəkil bildirib.
Məsələ ilə bağlı Ədliyyə nazirliyinin Penitensiar Xidmətindən məlumat almaq cəhdimiz baş tutmadı. Buna baxmayaraq onların mövqeyini də verməyə hazırıq.
azadliq.info
Oxunub: 256