ABŞ başda olmaqla, terrorizmə qarşı beynəlxalq koalisiyanın hərbi hava qüvvələrinin zərbələri nəticəsində 7 fevraldan Suriyanın Deyr əz-Zor qəsəbəsinə gətirilən 200-dən çox rus muzdlu döyüçşü öldürülüb. Bu xəbəri “Bloomberg” agentliyi Rusiya Federasiyasındakı iki məlumatlı mənbəyə istinad edərək yayıb. Vaşinqtonda jurnalistlərlə həmsöhbət olan mənbənin məlumatına görə, həmin gün öldürülən rusların sayı təxminən 100 nəfər olub, 200-300 arasında əsgər isə yaralanıb.
Agentlik qeyd edir ki, Deyr əz-Zor ərazisində baş verənlər “soyuq müharibə” dövründən sonra ABŞ və Rusiya hərbi qüvvələri arasında ən qanlı döyüş olub. “Bu, çox böyük bir qalmaqal və dərin beynəlxalq böhrana səbəb ola biləcək hadisədir. Lakin Rusiya iddia edir ki, heç bir şey baş verməyib” – siyasi analitiki Vladimir Frolov bildirib.
Qeyd edək ki, fevralın 13-də Prezidentin mətbuat katibi Dmitri Peskov beynəlxalq koalisiya qüvvələrinin zərbələri nəticəsində 7 fevral günü Suriyada ölən ruslar haqqında heç bir məlumatı olmadığını deyib. O, həmçinin mətbuata əsas mənbə kimi istinad etməməyi, əsas xəbərləri Müdafiə Nazirliyindən almağı tövsiyə edib.
Azadliq.info
Oxunub: 784