İmişli rayon sakini Qasımov Mahmud Əlibəy oğlu uzun müddət kənd təsərrüfatı sistemində çalışıb. İmişli rayon Aqraar sənaye kombinatında Baş Dövlət Texniki Nəzarət müfəttişi işləyərkən ona iki illik əmək haqqı hesablanmayıb. Buna görə aidiyyatı qurumlara müraciət edən Mahmud Qasımov məhkəmə yolu ilə ona çatacaq əmək haqqını almaq fikrinə düşüb. 2000 ci ildə məhkəmə onun iddiasını təmin etsə də bu günə kimi məhkəmə qərarı icra olunmur.
Qasımov Mahmud məhkəmə qərarlarının icra olunmamasında dəfələrlə şikayətçi olub. Məhkəmələr onun ərizələrini bir-birinə qaytarmaqla yekun qərar çıxarmaqdan yayınırlar.
Şikayətçi bütün aidiyyatı qurumlara müraciət edərək haqqının bərpa olunmasını istəyib. Onun şikayətinə yer vermədikləri üçün hakimiyyətin mətbuat orqanlarından narazılığını da ifadə edib.
Oxunub: 188