Efiopiyanın baş naziri Hailemariam Desalqen istefa verib.
2012-ci ildən etibarən baş nazir olan Desalqen ölkədə illərdir yaşanan bir sıra problemlərə görə istefa vermək istədiyini açıqlayıb:
“İğtişaşlar, siyasi qarşıdurmalar insanların ölümü ilə, evsiz qalmasıyla nəticələnir”-, deyə o, bildirib.
Son illərdə hökumətin apardığı siyasətə etiraz olaraq ölkədə çoxsaylı etiraz aksiyaları keçirilir.Bu etiraz aksiyalarında gənclər çox böyük rol oynayıb. Onlar etiraz aksiyalarında geniş kütlələrlə iştirakı hökumətin iqtisadi problemləri həll edə bilməməsi nəticəsində gənclərin daha çox əziyyət çəkməsi ilə izah ediblər.
Oxunub: 226