Ötən il Azərbaycan taxıl idxalına 227 mln. ABŞ dolları vəsait xərcləyib.
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, taxılçılıqda nəzərəçarpan nəticələr əldə edilib: “Ötən il Azərbaycan 1,2 mln. ton taxıl idxal edib, halbuki 2016-cı ildə idxalın həcmi 1,6 mln. ton olub. İdxal olunan taxıl 1-ci, 3-cü sinif taxıldır”.
H.Əsədov xaricdən müvafiq kombaynların alınacağını və bununla bağlı artıq müqavilələrin olduğunu da qeyd edib: “Kombaynların gətirilməsinə bu ilin aprel ayından başlanılacaq. Bu il, ümumilikdə, 190 ədəd kombaynın alınması nəzərdə tutulur”.
Qeyd etmək lazımdır ki, Azərbaycanda ötən il istehsal olunmuş pambığın dünya bazar qiyməti 150 milyon dollardan artıq deyil.Böyük sahələrin pambıq üçün əkilməsi və beləliklə heyvandarlıq sahələrinin azalması ölkənin xaricdən ət,süd və yağ alışını kəskin artırmasına səbəb olub.Pambıq avantürası ölkəyə 150 milyon gətirdiyi halda, ölkədən yüz milyonlarla dolların xaricə getməsinə səbəb olub.
Azadliq.info
Oxunub: 204