Yasamal rayonu ərazisində həyat yoldaşı ilə birlikdə limon satmaqla ailəsinə çörəkpulu qazanan Şıxəliyeva Şəhla polislərin cərimələrindən bezdiyini bildirir. 29-cu Polis Bölməsinin əməkdaşları onun həyat yoldaşına bir gün ərzində iki cərimə yazdığı üçün azadliq.info-ya üz tutan Şəhla Şıxəliyeva çətin həyat tərzindən danışıb.
Başqa gəlirləri olmadığı üçün əldə limon satmaqla məşğul olduqlarını deyən şikayətçi polislərin onlara qarşı kobud rəftarını da dilə gətirib. Hətta polisin ona “get narkotik sat, amma limon satma” deməsini də əməkdaşımızla söhbətdə qeyd edib.
Ərinin ağır xəstə olduğunu bildirən Şəhla Şıxəliyeva açılan iş yerlərindən onlara da verilməsini istəyib.
azadliq.info
Oxunub: 874