Azərbaycanda bütün qurumların hansı prinsiplər əsasında fəaliyyət göstərdiyi hamımızın bildiyi həqiqətdir. Onu da bilirik ki, ölkənin ən gəlirli qurumlarının xarici borcu milyardlarla ölçülür. Tez-tez şahid olduğumuz isə budur ki, bütün qurumların fəaliyyəti üçün dövlət büdcəsindən külli miqdarda maliyyə ayrılır. Belə qurumlardan biri də “Azərsu”dur. Bugünə qədər əhalinin içməli su ilə təminatı adıyla yüzmilyonlar xrəclənsə də ölkədə təmiz su tapmaq müşkülə çevrilib. Hətta tez-tez əhalini paslı, tünd qara suya da qonaq edirlər. Amma sən demə suya “qayğı”bununla da məhdudlaşmayıb. Məlum olur ki, suölçən cihazların alınması üçün də milyonlarla manat ayrılıb, hələ də ölçünü başa gətirə bilmirlər. “Toğrul Marşal” adlı feysbuk istifadəçisi bu haqda faktlara söykənən status yazıb:
“Deyəsən bizdə bu suölçən cihazlar ilə nəsə problem var:
13.05.2016 – (qaldırılmış) tariflərdən əldə olunacaq əlavə gəlir ilk növbədə əhalinin su sayğacları ilə təmin edilməsinin sürətləndirilməsinə və itkilərin azaldılması ilə bağlı tədbirlərin görülməsinə yönəldilsin (təxmini illik 24-30 milyon manat);
26.10.2017 – İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında prezidentinin sərəncamı – 15 milyon manat;
20.02.2018 – İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında prezidentinin sərəncamı – 15 milyon manat.
P.S. müqayisə üçün, 2017-ci ilin 9 ayı ərzində Azərbaycan 4722 maye sayğacı idxal edib, hər birinin orta dəyəri 71 dollar təşkil edib”.
Göründüyü kimi “Azərsu”nun ölçü meyarı tamam fərqlidir. Suölçən cihaz adıyla şəxsi pullarının ölçüsünü artırıblar. Qurumun xarici borcunun ölçüsü də artmaqdadır. Nə qədər ki, bu zehniyyət iş başındadır, bütün cihazlar pulölçən cihaza çevriləcək.
Oxunub: 278