Türkiyədə mənzil alan azərbaycanlıların sayı artır.
Türkiyənin Statistika Komitəsi xəbər verir ki, 2018-ci ilin Yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 mənzil alıblar. Bu, orta hesabla hər gün azərbaycanlıların Türkiyədə 2 mənzil aldığı deməkdir.
2017-ci ilin yanvarında azərbaycanlılar Türkiyədə 54 mənzil almışdılar.
Azərbaycanlılar Türkiyədə 2016-da 610, 2017-ci ildə isə 942 mənzil alıblar.
Oxunub: 382