2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək. Bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva verib.
O bildirib ki, Bakıda isə lisey və gimnaziyalara 1-ci sinfə qəbul zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində rəsmi qeydiyyatda yaşayan uşaqlar qəbul ediləcəklər. Lisey və gimnaziyaların xidməti ərazilərində yaşayan uşaqlar həmin müəssisələrə müsabiqəsiz, yəni imtahansız qəbul olunurlar. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə məktəbə müsabiqə ilə qəbul olunacaqlar.
Oxunub: 532