Xəsis hökumətin “səxavət”i
Ötən yzılarımızda YAP-ın namizədinin dövlət büdcəsi hesabına şəxsi təbliğatını aparması haqqında yazmışdıq. Uzun illər yada düşməyən ölkə vətəndaşı qəfil prezidentin yuxusuna girib və ölkə başçısı maaşları, təqaüdləri artıra-artıra gedir. Son günlər prezidentin sərəncamları üçüncü kosmik sürət götürüb və yaşavaşlaya bilmir.
Amma bu təbliğat prosesində də vətəndaşı ələ salmaq aydın görünür. Çünki seçki təbliğatına görə artırılan maaşlar, təqaüdlər yaralı barmağa dərman deyil. Müxtəlif koteqoriyadan olan adamalrın maaşlarını 5-10 manat artırmaqla öz aləmlərində xalqın sevgisin bonus yığırlar.
Məsələn, bugün ölkə doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb. Bəli, prezidentin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilən təqaüdlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq.
Məsələn, elmlər doktoru hazırlığı üzrə doktorantlara – 220 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 120 manat, akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 105 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat;
bakalavriat səviyyəsi üzrə: akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat
orta ixtisas təhsili müəssisələrində: akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 35 manat verilir.
Əzəmətli hökumətimzin 35 maant təqaüd verdiyi şagird, analoqsuz qayğıdan sonra 38 maant 50 qəpik alacaq. Yaxud, 50 maant təqaüd alan tələbə, artımdan sonra 55 maant alacaq.
Nə hikmətdirsə, iki ölümcül devalvasiyadan sonra yada düşməyən tələbələr, şagirdlər, akademiklər, oktrantlar növbədənkənar seçkilərin vaxtı açıqlanan kimi yada düşdülər. Amma xəsis hökumətin səxavəti yenə də qəpik-quruşdan ibarət oldu. Bəli, ağır müzakirələrdən, ölçü-biçilərdən sonra tələbənin yarım kilo ət yeməsinə razı olublar. Qiymətlərin 30-40 faiz, kommunal xərclərin 50-100 faiz artdığı ölkədə tələbəyə 5 manatlıq minntə yükləyirlər. Belə çıxır ki, sadalanan bütün təbəqələrin ümumi dəyəri Ledi Qaqanın dəyərinə çatmır. Ledi Qaqaya bir mahnıya görə 2 milyon dollar verənlər, tələbəyə bir aya görə 55 manat verirlər. Deputatlar isə 800 maantlıq artımdan hələ də narazıdılar.
Göründüyü kimi hökumət vətəndaşın aqressiyasını dəf etmək üçün də böyük pullaar xərcləmək istəmir. Fakitki olaraq seçkiöncəsi vətəndaşı dilənçi payıyla susdurmaq istəyirlər. Vətəndaşa bundan artıq dəyər vermədiklərini etiraf edirlər. Artıq arxayındılar ki, ölkə vətəndaşları 3-5 manata görə şükr edəcək və milyardları talan edənləri alıqşlayacaq.
Bütün bu sərəncamların tərifi budur ki, hakimiyyət xalqı saymır. Uşağı konfetlə aldatmaq taktikasını, bütöv xalq üzərində sınaqdan keçirirlər
Samir
Oxunub: 590