İraqın Ağır Cəza Məhkəməsi İŞİD terror təşkilatına qoşulmuş 7 əcnəbi qadın barəsində ömürlük həbs cəzası və edam hökmü çıxarıb.
Bu barədə “Al Sumaria” TV məlumat yayıb.
Məlumatda bildirilir ki, 1 Fransa və 2 Rusiya vətəndaşı olan qadın İŞİD üzvü olduğu üçün ömürlük həbs cəzasına məhkum edilib.
Qərara əsasən Azərbaycandan olan 3 qadın və 1 Qırğızıstan vətəndaşı isə edam olunacaq.