Ermənistanda parlamentin üzvü Nikol Paşinyanın liderliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən nümayişçilər hökumət başçısının iqamətgahı önünə toplaşıblar.
Nikol Paşinyan iqamətgahın blokadaya alınacağını elan edib. İqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşının olduğu bildirilir.
N. Paşinyan çıxışında deyib ki, gecə Sers Sarkisyan polis qüvvələrinin və tikanlı məftillərin küçələrdən yığışdırılmasına göstəriş verib: “Çünki mən dünən Respublika meydanında bəyan etmişdim ki, bundan sonra Serj Sarkisyan Ermənistana tikanlı məftillərin arxasından boylanacaq”.