Azərbaycan bağlanan banklara görə Sahibkarlığa Kömək Milli Fondunun 150 mil artıq vəsaiti qaytarılmayıb.
Bu barədə fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
O vurğulayıb ki, ümumlikdə bağlanan banklar vasitəsi ilə sahibkarlara 200 milyon manat verilib:
“Bu məbləğin 40 milyon manatı geri alınıb, qalan məbləğ isə geri alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə danışıqlar aparılır. Fondun bağlanan banklarda itkilərinin olması istisna edilmir”.