ABŞ mediasınıın xəbərinə görə , CIA-in direktoru Mike Pompeo Şimali Koreya lideri Kim Joung ilə gizli görüş üçün Pxenyana səfər edib.
Adı çəkilməyən rəsminin sözlərinə görə, görüş birbaşa ABŞ prezidenti Donald Trump və cənab Kim arasında danışıqda hazırlanıb.
Cənab Trump daha əvvəl Pxenyan ilə yüksək səviyyəli birbaşa danışıqlara eyham vurmuşdu..
Lakin bu gözlənilməz və gizli görüş 2000-ci ildən bəri Şimali Koreya ilə ABŞ-ın arasındakı ən yüksək səviyyəli təmaslar kimi qeyd oluna bilər.
Cənab Trump Yaponiyanın baş naziri Şinzo Abeyi qəbul etdiyi Florida ştatında bildirib ki, onlar “çox yüksək səviyyədə birbaşa danışıqlar” aparıblar”.
Prezident bildirib ki, o, Cənubi və Şimali Koreya arasında 1950-1953-cü illərdə olan müharibəni rəsmi olaraq dayandırmaq üçün sülh danışıqlarına öz “xeyir-duasını” verib.
Cənubi Koreya da həmçinin münaqişənin rəsmi həllini həyata keçirə biləcəyini bildirib.
Cənubi Koreyanın prezidenti Moon Jae və cənab Kim-in aprelin sonunda görüşəcəyi planlaşdırılıb.
Biz “gizli görüş haqqında nə bilirik” ?
ABŞ dövlət katibinin Şimali Koreyaya səfəri haqqındakı məlumatı Washington Post qəzeti yayıb.
Danışıqlar haqqında çox az məlumat var və bilinir ki, onlar Trump-Kim görüşünü planlayırlar.
Qəzetin məlumatına görə, görüş Pompeonun dövlət katibi vəzifəsinə təyin olunmasından qısa bir müddət sonra baş verib.
Reuters xəbər agentliyi xəbərin yüksək səlahiyyətlilər tərəfindən təsdiqləndiyini söyləyib.
Ağ Ev şərh verməyib.