Rusiya və Ermənistan hökumətləri Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş regional HHM sisteminin şəxsi heyəti və vəsaitləri barədə ortaq məxrəcə gəlib.
RİA Novosti xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Hava-Kosmik Qüvvələri komandanının birinci müavini, general-leytenant Pavel Kuraçenko açıqlama verib.
“Ermənistan və Rusiyanın Qafqaz kollektiv təhlükəsizlik regionunda Birləşmiş regional HHM sistemi üçün ayırdığı qoşunların siyahısı imzalanıb”, – deyə Kuraçenko bildirib.