
İlham Hüseyn
Bu gün azadlıq carçısı, həqiqətin ünvanı, zalımın qorxulu yuxusu, azad sözün sonuncu qalası olan “Azadlıq” qəzetinin 31 yaşı tamam olur. “Azadlıq”ın “pasport yaşı” 31 olsa da, mənəvi yaşı əsrlərdən böyükdü. Nə yaxşı ki, “Azadlıq” da işləmişəm, yüzlərlə yazı yazmışam, o kollektivlə unudulmaz günlər yaşamışam. “Azadlıq” təkcə qəzet deyil, həm də dəyərdi. O qəzetin yaşaması üçün nə qədər qurbanlar verilib. “Azadlıq” qələmlə döyüşməyin nümunəsidi. Redaksiyanın əməkdaşları həbs edilib, döyülüb maaşsız qalıb, amma hər gün həqiqətin 16 səhifəsi diri çıxıb. Pəncərədəki işığı görürsüz? “Azadllq”ın redaksiyasının işığıdı. Hamıdan sonra Nəşriyyatı tərk edirdik. İnanıram ki, sənin işığın yenə yanacaq.
31 yaşın mübarək, böyük dəyər.