Milli Şuranın sədri, professor Cəmil Həsənli
İlham Əliyev Xalq Cümhuriyyəti və onun qurucuları haqqında yalan, böhtan, qaralama kampaniyasını davam etdirir. Təccüblənməyin, savadsız, tarixdən xəbərsiz, antimilli bir adamdan hər şey gözləmək olar. Ölkənin ərazisinin bir hissəsin Rusiya idarəçiliyinə verib Cümhuriyyətin guya xaricilərin göstərişi ilə hərəkət etdiyini onun dilindən eşitmək çox gülməlidir.
Deyir respublika Azərbaycan ərazilərinə tam nəzarət etmirdi. Elə bil ki, 18 il hakimiyyətdə olan İlham Əliyev respublika ərazilərinə tam nəzarət edir. Cümhuriyyət dövründə Azərbaycanın mübahisəsiz ərazisi 98 min kv. km. idi. Bəs indi neçə min kv.km.-dır. Cümhuriyyət 3 ay ərzində Azərbaycan bayrağını Xankəndində qaldırmışdı. Ata-bala Əliyevlərin az qala 30 illik hakimiyyətləri dövründə Xankəndindəki erminə hərbi birliklərinə rus hərbi kontingenti də əlavə olundu. Onun cümhuriyyətə nifrəti anlaşılandır. Cümhuriyyətin təmiz adı, işıqlı əməlləri fonunda onun natəmiz əməlləri, şəbəkələşmiş korrupsiyası, sistemli büdcə oğurluğu, ölkəni rüşvət girdabına batırması, cümhuriyyət adına ölkədə ailə holdinqi yaratması, öz həyat yoldaşını özünün birinci müavini təyin etməsi, ailə-klan hakimiyyəti yaratması və sair əlbəttə cümhuriyyət kəlməsi ilə bir araya sığmır. Bunları idealları sülalə feodal rejimi qurmaqdır. Bu yolda cümhuriyyət irsi bunlara mane olur. Ona görə o irsi məhv etmək istəyirlər. Amma edə bilməyəcəklər.
Deyir 1920-ci ildə endirilmiş Cümhuriyyət bayrağını 70 il sonra Heydər Əliyev qaldırdı. Əvvəla yalan deyir. Bayrağın harada, nə zaman ucaldılması ilə bağlı hər şey aydındır. Yaxşı olar ki, İlham Əliyev atası Heydər Əliyevin neçə il o bayrağa qarşı barışmaz mübarizəsindən danışsın. O bayrağı gizli şəkildə saxlayanları təqib etməsindən danışsın. Bunun üçün 1967 və 1968-ci illərdə Azərbaycan DTK-nin sədri kimi rəhbərlik etdiyi xüsusi xidmət orqanının Moskvaya göndərdiyi illik hesabatlara baxmaq kifayətdir. Nələr yooxdur o hesabatlarda? Millətçiliyin təqibi, türkçiliyə qarşı amansız mübarizə, İslam dininə qarşı repressiyalar, din xadimlərin və millətçi hesab edilən çox az sayda vətənpərvər adamların təqibi, psixatiriya xəstəxanalarəna göndərilməsi, ədəbiyyat və sənətdə millətçilik meyllərinə qarşı ardıcıl mübarizə və yaradıcılıq təşkilatlarında agentura şəbəkəsinin gücləndirilməsi. Bu elə danışır ki, sankı bu işləri bunun atası deyil, cümhuriyyət liderləri edib.
İlham Əliyev deyir ki, tarixi düz yazıb, düz öyrənməliyik. O, başa düşmür ki, düz yazılan və düz öyrədilən tarixdə Heydər Əliyevə yer yoxdur. Elə bil 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqına divan tutan, soyqırım törədən Stepan Şaumyana Heydər Əliyev yox, Rəsulzadə Bakının mərkəzində heykəl qoyub. Onun Şaumyan haqqındakı çıxışı isə sadəcə rüsvayçılıq idi, 30 mindən çox millətdaşımızı və dindaşımızı qətlə yetirmiş bir quldura “Şaumyanlar Promteylərdən od alan qəhrəmanlardandır” fikrini kim söyləmişdi 1978-ci ildə. “1918-ci ILIN MARTINDA MÜSAVATÇILAR SOVET HAKIMIYYƏTINI BOĞMAQ NIYYƏTI ILƏ BAKIDA ANTISOVET QIYAM QALQIRDILAR. BOLŞEVIKLƏRIN VƏŞAUMYANIN QƏTI VƏ MÖHKƏM TƏDBIRLƏRI SAYƏSINDƏ QIYAM YATIRILDI”.Bu kimin sözləridir, cümhuriyyət bayrağını 70 il sonra qaldıranın?
“1920-ci IL APRELIN 28-də KOMMUNIST PARTIYASININ RƏHBƏRLIYI ALTINDA, RUS FƏHLƏ SINFININ, SOVET RUSIYASININ QARDAŞCASINA KÖMƏYI ILƏ AZƏRBAYCANIN ÜSYAN ETMIŞ FƏHLƏLƏRI VƏ KƏNDLILƏRI ÇÜRÜK VƏ XALQAZIDD MÜSAVAT REJIMINI DEVIRDILƏR. PROLETAR BAKISI ÜZƏRINDƏ, AZƏRBAYCAN ÜZƏRINDƏ HƏMIŞƏLIK OLARAQ SOVET HAKIMIYYƏTININ QIRMIZI BAYRAĞI DALĞALANMAĞA BAŞLADI. STEPAN GEORGIYEVIÇ ŞAUMYANIN NƏCIB OBRAZI AZƏRBAYCAN ZƏHMƏTKEŞLƏRININ BÜTÜN NƏSILLƏRI ÜÇÜN RUHLANDIRICI TIMSALDIR. BU GÜN BIZ IFTIXAR VƏ MƏHƏBBƏT HISSI ILƏ DEYIRIK KI, ERMƏNI XALQININ BÖYÜK OĞLU STEPAN ŞAUMYAN HƏM DƏ AZƏRBAYCAN XALQININ OĞLUDUR.”. Təccüblənməyin. Bu sözlər də Heydər Əliyevindir və tarixi düz yazıb düz öyrətməliyiksə bunları neynəməliyik? İlham Əliyevin Xalq Cümhuriyyətinə nifrəti patologiya xarakteri daşıyır və atası 40-50 il əvvəl Xalq Cümhuriyyəti, Müsavat hökuməti haqqında necə danışırdısa İlham Əliyev də bu gün elə danışır. Ayrı cür danışa da bilməz. Bu ideya düşməncilidir.
1980-ci ildə işğalçı XI Qırmızı ordunu xilaskar adlandıran, ona Bakının girişində xatirə abidəsi qoyan Heydər Əliyev olur, “milli bayrağı”, üç rəngli bayrağı ucaldan millət kişiləri olur xain. Tarixi belə baş-ayaq qoymaq ancaq İlham Əliyev kimi tarixdən bixəbərlərin işi ola bilər. Görün XI İşğalçı Ordunun abidəsin açılışında İlham Əliyevin millət xadimi adlandırdığı atası nə deyir: “APRELIN 27-dən 28-nə KEÇƏN GECƏ ÜSYAN ETMIŞ AZƏRBAYCAN PROLETARIATI MÜLKƏDARLARIN, KAPITALISTLƏRIN, ONLARIN MÜSAVATÇI ƏLALTILARININ XALQA ZIDD, CINAYƏTKAR REJIMINI DEVIRDI VƏ AZƏRBAYCAN TORPAĞINDA SOVET HAKIMIYYƏTINI QURDU. BIZ DÖNƏ-DÖNƏ DEYIRIK: AZƏRBAYCAN XALQI Xl QIZIL ORDUNUN QƏHRƏMANLIQ RƏŞADƏTINI HEÇ BIR ZAMAN UNUTMAYACAQDIR. Xl QIZIL ORDUNUN DÖYÜŞÇÜLƏRINƏ ƏBƏDI EŞQ OLSUN!”. Eyni sözləri bu gün İlham Əliyev də dönə-dönə deyir Xalq Cümhuriyyəti haqqında. Dağınıq ərazilərdən VƏTƏN yaratmış, dağınıq toplumdan MİLLƏT formalaşdırmış böyük insanlara, millət kişilərinə Şaumyana və XI Qırmızı Orduya Bakının mərkəzində heykəl qoymuş DTK sədrinin, qırmızı Kommunizmin birinci katibinin, qırmızı imperiyanın Siyasi Bürosunun üzvü olmuş birisinin oğlu qırmızı-qırmızı böhtan atır.
P.S. XI Qırmızı Ordunun açılış mərasimi şərh bölümündə.