
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
- Kim 103 il öncə Şərqdə ilk demokratik dövlət qurmuş, xalqımızın milli iradəsini yükəsəltmiş babalarımızın mənəvi mirasına dəyər verirsə
- Kim dövlətinə güvənən, hüquq və azadlıqları
qorunan vətəndaş olmaq istəyirsə - Kim Azərbaycan xalqının öz hürr iradəsi ilə hakimiyyətini seçmək haqqını müqəddəs bilirsə, 28 may da məhz, o insanların bayramıdır.
Bu gün istiqlal məfkurəsinə sayğı, demokratik haqq və azadlıqlara sarılmaq , öz qurucu babalarımızın böyük və dəyərli Cümhuriyyət mirasına sevgi günüdür.
Cümhuriyyət təkcə dünənimizin qürur yeri deyil, həm də bu günümüzün məqsədi, sabahımızın idealıdır.
Bizim üçün vətən torpaqlarınln qəsb olunması nə qədər yolverilməzdirsə, Cümhuriyyət dəyərlərimizin boğulması da bir o qədər qəbul edilməzdir.
Davamız Rəsulzadə mirası olan Cümhuriyyət dəyərlərimizin qaytarılması davasıdır. Bu mübarizədən vaz keçməyəcəyik, usanmayacağıq, sonunda qalib gəlib Cümhuriyyətimizi azad edəcəyik.
Məhz ölkəmizdə Cümhriyyət dəyərlərinin qalib gəldiyi gün, gerçək qurtuluş günü, Rəsulzadənin ruhunun gülümsədiyi gün olacaq.
O böyük gün arzusu ilə Cümhuriyyət bayramınız mübarək.