
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin kimliyi məlum olub.
Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişənlər Maarif kənd sakinləri; 1981-ci il təvəllüdlü R.Bağırova və 2022-ci il təvəllüdlü U.Həsənovadır.
Qeyd edək ki, “VAZ-2104” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində daha bir nəfər ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə ağır yol qəzası olub.
Gununsesi.info xəbər verir ki, hadisə Maarif kəndində qeydə alınıb.
“VAZ-2104” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər – qadın və uşaq ölüb, daha bir nəfər – 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.