
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək.
Gununsesi.info xəbər verir ki, günün ilk oyununda iddia komandalardan “Zirə” mövsümə uğursuz start verən “Kəpəz”i sınağa çəkəcək. “Zirə” son 6 oyunda qalib gəlib. “Kəpəz” səfərdə qələbəyə həsrətdir.
Günün son oyununda “Araz-Naxçıvan”la “Qəbələ” qarşılşacaq. “Araz-Naxçıvan” ev qarşılaşmalarını qolsuz tərk etməyib. Naxçıvan təmsilçisinin öz meydanında keçirdiyi oyunlarda 2 qol qeydə alınıb.
Qeyd edək ki, turun açılış oyununda dünən “Sumqayıt” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edib. “Turan Tovuz” isə səfərdə 1:0 hesabı ilə “Neftçi”ni məğlub edib. Tura sabah keçirilən oyunlarla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, III tur
30 avqust
18:00 “Zirə” – “Kəpəz”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu
20:30 “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
“Liv Bona Dea Arena”