Makron: Putin Zelenski ilə görüşməsə, Rusiya yeni sanksiyalarla üzləşəcək

  • By Günel
  • 30 Avqust 2025 08:39

“Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməsə, Rusiya yeni sanksiyalarla üzləşəcək”.

Gununsesi.info “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

Fransa lideri bildirib: “Prezident Putinin Trampa söz verdiyi ikitərəfli görüş bazar ertəsinə qədər baş tutmasa, bu, Rusiya liderinin növbəti dəfə ABŞ prezidentini üstələməsi anlamına gələcək”.

Makronun sözlərinə görə, liderlərin görüşü olmasa, Paris və Berlin Rusiyaya qarşı əlavə sanksiya təzyiqinin tərəfdarı olacaqlar.

Ölkə başçısı əlavə edib ki, Fransa və Almaniya Rusiyaya qarşı birinci və ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşırlar.

Gununsesi.info