AK sədri: Sabah Ukrayna öz taleyini həll edəcək

  • By Günel
  • 17 Avqust 2025 17:32

“Sabah Ukrayna öz taleyini həll edəcək”.

Gununsesi.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.

O, Avropa liderlərinin Ukrayna prezidenti ilə birgə uçacağı ABŞ-a sabahkı səfərini belə şərh edib.

AK sədri həmçinin bu danışıqlarda Avropanın mövqeləri ilə bağlı bir sıra açıqlamalar verib.

Fon der Leyenin fikrincə, Ukrayna yaxşı silahlanmalı və “heç bir hücumçunun məğlub edə bilməyəcəyi polad kirpiyə” çevrilməlidir. Avropa müharibədən sonra Ukrayna Silahlı Qüvvələri üçün hər hansı məhdudiyyət qoyulmasınıəleyhinədir.

O, həmçinin əlavə edib ki, “beynəlxalq sərhədlər zorla dəyişdirilə bilməz” və “sərhədlər məsələsi Ukraynanın müstəsna hüququdur”.

Fon der Leyenin sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketi sentyabrıəvvəlində hazır olacaq. Yada salaq ki, sanksiyaların ləğvi Rusiya Federasiyası ilə sülh sazişinin tərkib hissəsi ola bilər.

Gununsesi.info