
Lvovda Ali Radanın keçmiş spikeri Andriy Parubiy öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksym Kozytskyi Telegram-da yazıb:
“Ali Radanın keçmiş spikeri Andriy Parubi öldürən atıcı Lvov vilayətində axtarılır”.
KİV-in məlumatına görə, qətli özünü kuryer kimi təqdim edən şəxs törədib – o, küçə ilə gedərkən Pərubiyə tapança ilə bir neçə dəfə atəş açıb. Cinayətkar qaça bilib. Polisin rəsmi bəyanatında deyilir ki, “aldığı xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə dünyasını dəyişib”. Onun adı verilmir.
Parubiy Ukraynanın dövlət və siyasi xadimi, xüsusən də Avromaydanın koordinatoru kimi tanınırdı. 2016-2019-cu illərdə Ali Radanın sədri vəzifəsində çalışıb. 2014-cü ildə Parubiyin həyatına qəsd edilib, lakin ona heç bir zərər dəyməyib.
Gununsesi.info