Naxçıvan-Bakı marşrutunda reyslərin sayı artırıldı

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan müntəzəm avtobus reyslərinin sayını yenidən artırıb.

Gununsesi.info xəbər verir ki, Naxçıvan-Bakı avtobus marşrutunda reyslərin sayı 5-dən 6-ya çatdırılıb. Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə “biletim.az” platforması vasitəsilə əldə edə bilərlər.

 

 

 

Gununsesi.info