Türkiyәnin keçmiş baş naziri Әhmәd Davudoğlu Konyada yayımlanan vә Sәadәt Partiyasına yaxınlığı ilә bilinәn kanal 42-dә Sahur proqramına qonaq olub, istefasından 380 gün sonra qәzetçi Kәrәm İşqanın suallarına cavab verib.
Şәxsinә yönәlәn AKP içәrisindәki kampaniyadan tutmuş, sosial mediyadakı trollara, baş nazir olduğu zaman “Strateji Dәrinlik” adlandırılan xarici siyasәtә, Dini İşlәr sәdri Mehmet Görmәzә qarşı olan ittihamlara qәdәr bir çox mәsәlәyә münasibәt bildirib.
Baş nazir olduğu zaman istefasını sürәtlәndirәn vә kimliyi mәlum olmayan biri tәrәfindәn yayımlanan “Pelikan Dosyası” haqqında ilk dәfә danışan Davudoğlu bildirib ki, AKP daxilindә sürәtlә etibarsızlaşma gedir, etibara qarşı sui-qәsd edilir. “Pelikan Dosyası” bir çox şәxsә qarşı istifadә edildi. Bizi incidәn dostlarımızın bu mәsәlәlәrdә susqunluğudur. Burada mәsәlә milli şәxsiyyәtlәri, hәyatı boyu bu mübarizәyә әmәk vermiş şәxslәri etubarsızlaşdıraraq sıradan çıxarmaqdır. Bu işlәrlә kimliyi bilinmәyәn trollar mәşğul olsa da, onları tәşkil edәnlәri araşdırsanız görәcәksiniz ki, bu mübarizәyә zәrrә qәdәr dә әmәk vermәyәnlәrdir.
Tәәssüf ki, 15 iyun şәrtlәri elә gәtirdi ki, bu mübarizәyә ömürlәrini vermiş şәxslәrә qarşı mümkün olan әn alçaq böhtanları atdılar. Fikir verin, bizә hәlә dә hücumlar var. Çünki mәsәlә mәn deyilәm. Mәsәlә mәnim tәmsil etdiyim şeydir. Düşüncәlәrdir. Onları bu narahat edir. Gәrәk incimәsinlәr, bundan hәlә çox narahat olacaqlar. Çünki bu zehniyyәt bu torpaqların toxumudur. Hazırda Konyanı tәmsil etmәkdәn başqa bir siyasi mәqamım yoxdur. Amma bilsinlәr ki, mәn bu zehniyyәti müdafiә etmәkdә davam edәcәm.
Bizim bu bölgәdә tarixi öhdәliklәrimiz var. Yetәr ki, tәnqidlәrinizi çıxıb mәrd kimi sәslәndirin. İstәyirsiniz deyin ki, miqrant qәbul etmәyәk, ümumiyyәtlә miqrantları qovaq, Azad Suriya Ordusu ilә әlaqәni kәsәk. Bәs ondan sonra Әl-Babda necә qalacaqsan? Bizim әn böyük problemimiz tәsәvvür әksikliyidir. Görülәn işlәri, onun nәticәlәrini öncә tәsәvvür etmәk lazımdır. Mәnim zamanımdakı “Strateji Dәrinlik” siyasәtini tәnqid edirdilәr. Әlbәttә, mәn dә sәhvsiz deyilәm. Amma qarşısına daha yaxşısını qoyun o zaman. Burada mәqsәd tәnqid edib, sәhvlәri düzәldib daha yaxşı olanı etmәk deyildi. Mәqsәd sәhvini gördüklәri insanı dәrhal etibarsızlaşdırmaq idi.
Aparıcının “geri dönәcәyinizdәnmi narahatdırlar?” sualına cavab verәn Әhmәd Davudoğlu bildirib ki, burada bir trol dәstәsindәn bәhs edirik. Daha әvvәl hörmәtli prezidentimiz vә hörmәtli Hakan Fidan haqqında FETÖ beynәlxalq kampaniya aparırdı. Ondan әvvәl isә biz Fәlәstinlә maraqlandıq deyә İsrail lobbisi әleyhimizә idi. Ondan әvvәl dә başqa lobbilәr әleyhimizә idi. Bu halla ilk dәfә qarşılaşmırıq. Hәr zaman belә olub. Onu bilmәk lazımdır ki, Şeytanın dәftәrindә adı olmayanın, Rәhmanın dәftәrindә adı heç olmaz. İnsanlar düşmәnlәri ilә tanınar. Әlhәmdülillah, mәn Fәlәstinin yanındayam, Arkandayam, Somalidәyәm. Kimlәrsә buna görә mәnimlә düşmәn ola bilәr. Kimlәrsә buna görә bizi hәdәf ala bilәr. Bundan qorxacağıqsa, bizә haram olsun. Hәdәf alınmaqdan qormuram.
Din İşlәr sәdri Mehmet Görmәzә, Abdulla Gülә olan hücumlara baxın. Bizi incidәn trolların hücumu deyil. Bilirsiniz ki, bu trollar ölkә içindә vә xaricindә FETÖ ilә әlaqәlidir. Bilirsiniz ki, birinin FETÖ ilә әlaqәsi aşkarlandı. Biz bunları boş veririk. Bizi üzәn, әn yaxınımızda olan dostlarımızın susqunluğudur. Yaxınlarda biri bir sual verdi. Ondan soruşdum ki, Nazim Hikmәtin “küsmәk” şeirini bilirsәnmi? Oradakı küsmәk sәni sevirәm demәkdir. Küsmәk әslindә qarşı tәrәfә dәyәr vermәkdir. Hәtta mübahisә etmәk belә bәzәn dostluğa dәyәr vermәyin göstәricisidir. Mәni әn çox incidәn şey küsmәyi unutmağımızdır. Bir müddәt öncә sizә necә müraciәt edәnlәrin sonra sizә necә müraciәt etmәsinin şahidi olursunuz. Bütün maskalar düşәcәk. Hәqiqәt ortaya çıxacaq. Vacib olan şәrәflә girdiyiniz yerdәn şәrәflә çıxa bilmәkdir.
Azadliq.info
Oxunub: 1134